Yuxarı

Fransanın Bakıya qarşı layihəsi: nəyə nail olacaq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın Bakıya qarşı layihəsi: nəyə nail olacaq?

Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamə layihəsi hazırlanıb. 6 senatorun hazırladığı qətnamə layihəsi Bakını küncə sıxışdırmaq məqsədi daşıyır:

- Azərbaycan “hərbi cinayətlərdə və insan haqlarının pozulmasında” ittiham olunur;

- Avropa İttifaqı ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmaq çağırışı edilir;

- Ermənilərin Qarabağa “qayıdış hüququ”, işğaldan azad edilmiş ərazilərdə “erməni mədəni irsinin qorunması” kimi məsələləri özündə ehtiva edir.

Noyabrın 15-də Senatda müzakirəyə çıxarılacaq qətnamənin qəbul edilməsi ehtimalı böyükdür: Fransanın Azərbaycana qarşı mövcud siyasəti, xüsusilə sərhəddə son toqquşmalardan sonra Paris-Bakı xəttində baş verənlər bu gözləntini artırır; qətnamənin müəllifləri Senatda əksər çoxluğa malik olan Sosialist Partiyasını təmsil edir və bu, səsvermədə həlledici ola bilər.

Qətnamə qəbul edilsə belə praktiki mərhələdə işləyəcəyi gözləntisi azdır, xüsusilə Avropa üçün həyati əhəmiyyət kəsb edən enerji resursları baxımından. Hərçənd, Fransa bütün körpüləri yandırmaqda israrlı görünür və belə addımlarla Cənubi Qafqazda təsir imkanlarını nə qədər artıra biləcəyi də sual altındadır.

Tarix
2022.10.25 / 08:30
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla