Yuxarı

İran bu müharibənin davam etməsinə çalışır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bu müharibənin davam etməsinə çalışır

İranın Rusiyaya PUA verməsi və bu PUA-ların Ukraynada mülki infrastruktura və əhaliyə qarşı tətbiqi ətrafında qalmaqal böyüyür.

Artıq Almaniya, Böyük Britaniya və Fransa BMT-yə müraciət edərək, İran PUA-larının Rusiya-Ukrayna müharibəsində istifadə olunması məsələsinə baxılmasını tələb ediblər. Müraciətdə İran PUA-larının Rusiyaya verilməsi və Ukrayna xalqına qarşı istifadə olunmasının BMT-nin 2231-ci qətnaməsinin müddəalarına zidd olub-olunmamasının araşdırılması istənilir.

İran öz istehsalı olan PUA-ların Rusiyaya verməsi məsələsini qətiyyətlə təkzib edir. Rusiya da Ukrayna müharibəsində İran istehsilı olan PUA-lardan istifadə etmədiyini bildirir.

Bu müharibədə İranın Rusiyanın yanında olmağa çalışdığı şübhəsizdir. Bunun isə səbəbləri var:
İlk növbədə İran bu müharibənin davam etməsində maraqlı tərəfdir. Qərb və Rusiya münasibətlərində gərginliyin artması Rusiyanı İrana daha da yaxınlaşdırır və Rusiyanın İrana daha çox ehtiyacı olmasını şərtləndirir;

İkinci, İrana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamələrin qəbulu zamanı Rusiyanın veto hüququndan yararlanması İran üçün çox vacibdir. Nüvə müzakirələrinin dalana dirəndiyini və BMT-də bu məsələnin yenidən müzakirəyə çıxarılması ehtimalı olduğundan, İran Rusiya vasitəsi ilə özünü əlavə sanksialardan qorumağa çalışır;

Üçüncü, xüsusilə İran daxildəki narazılıqlar və Qərbin bu etirazlara dəstəyindən narahatdır. Bu baxımdan Rusiyanın ciddi dəstəyini almağa çalışır.

Buna baxmayaraq, İran və Rusiyanın dost və müttəfiq olmasına bir çox maneələr də mövcuddur:

- Hər iki ölkə enerji bazarında ciddi rəqiblər hesab olunur. Məlumdur ki, dünya bazarları üzlərinə bağlanan İran və Rusiya Çinə neft satmaq üçün yarışırlar və qiymət endirimlərinə başlayıblar;

- Rusiyadan fərqli olaraq, İranın xarici siyasəti təkyönlü, fərdi və ideoloji prinsiplər əsasında formalaşıb. Məsələn, Rusiya İran, Səudiyyə Ərəbistanı və İsraillə eyni anda münasibətlərini inkişaf etdirsə də, İranın Ərəbistan və İsraillə ciddi problemləri var. İranın apardığı siyasət onun regionda təklənməsinə yol açır, Rusiya isə Türkiyə də daxil olmaqla, regionda fərqli siyasət yürüdür və öz maraqlarını İrana qurban verə bilməz;

- İranda xalq sistemə qarşıdır və ciddi proseslər gedir. Rusiyanın bu baxımdan bütün regional siyasətini İran üzərində qurması mümkün deyil.

Tarix
2022.10.26 / 08:45
Müəllif
Əlirza Zəmani
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla