Yuxarı

Rusiya MN hansı əsasla "Martuni" adında dirəşir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya MN hansı əsasla "Martuni" adında dirəşir?

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında söz dueli yaşanır: ruslar Ağdərə və Xocavəndi “Mardakert” və “Martuni” adlandırmağa davam edir, o cümlədən, Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir; Azərbaycanın haqlı etirazına rəğmən mövqelərini dəyişmir və iddialarını “əllərindəki xəritələrlə” əsaslandırırlar.

Rusiyanın əlində olan 1991-ci ilə qədərki xəritədir, sülhməramlılar bölgəyə gələndə özləri ilə bu xəritəni gətirdilər. Məqsəd də qondarma “dqr”in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməkdir.

Azərbaycan Rusiyanın təxribatına lazım olan səviyyədə etiraz edir. Bununla yanaşı, mümkün addımlardan biri də Rusiyanın əlindəki xəritəni almaqdır: Qarabağın mövcud xəritəsini Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə təqdim etmək, fəaliyyətin bunun əsasında qurulması tələbini qoymaq olar; ruslar bununla mövqelərini dəyişməsə belə, ən azı “istinad mənbələrini” zəiflətməyə nail ola, hər dəfə “əlimizdəki xəritə” deyəndə, təqdim edilən xəritəni dərc edə bilərik.

Məsələni “söz duelindən” irəliyə aparmaq lazımdır.

Tarix
2022.11.27 / 10:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla