Yuxarı

Ermənilər hesab edir ki, Əliyevin strategiyası budur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər hesab edir ki, Əliyevin strategiyası budur

Ermənistanın siyasi ekspertləri İlham Əliyevin Qarabağda salami strategiyasi, yaxud "salami slicing tactiks" həyata keçirməkdə "ittiham" edirlər. Salami hisə verilmiş kolbasa növüdür ki, onu nazik doğrayaraq yeyirlər. Onlar hesab edirlər ki, biz addım-addım öz məqsədlərimizə yaxınlaşırıq. Erməni ictimaiyyətini məğlubiyyətlə barışdırıb Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edirik. Onların dediklərində həqiqət var. Növbəti addımımız ölkəmizin sərhədlərini nəzarətə götürməyimiz olmalıdır və olacaq da. Heydər Əliyev İli Qarabağ üzərində dövlət suverenliyinin bərpası və dövlət sərhədlərimizin bərpası ili kimi də tarixə düşməlidir. Allah köməyimiz olsun ki, böyük qanlar tökülmədən məqsədlərimizə çataq. Azərbaycan əsgərinə eşq olsun!

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyib.

O, Azərbaycana münasibətdə bəzi Qərb ölkələrinin, İranın, Rusiyanın hansısa təxribatlarının mümkünlüyünə də toxunub:

“Biz absurdlar dövründə yaşayırıq. Bu gün dövlətlərin beynəlxalq münasibətlərdəki davranışında qeyri-məntiqi, qeyri-sağlam yanaşmaları görürük. Üzdə dostluqdan, qonşuluqdan, strateji tərəfdaşlıqdan, müttəfiqlikdən danışıb arxada riyakarlıq edir, ərazi bütövlüyümüzə qarşı çıxırlar. Bəzi böyük dövlətlərin başçıları, rəsmiləri beynəlxalq hüquqdan, BMT Nizamnaməsindən danışır, amma utanmadan dediklərinin əksini edir, beynəlxalq birlik və kiçik xalqlar qarşısında məsuliyyətlərini unudur, nəyi "maraqlarına" uyğun hesab edirlərsə, o istiqamətdə də qərarlar qəbul edirlər. Buna görə də təxribatların olması ehtimalını istisna etmək olmaz. Biz belə təxribatların qarşısını heç nədən və heç kimdən çəkinmədən qətiyyətlə alacağımızı nümayiş etdirməliyik. Biz dövlət olaraq BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarımızın, ərazi bütövlüyümüzün bərpa olunmasını istəyirik. Ordu quruculuğuna xüsusi diqqət yetirilməli, ən müasir silahlarla təmin edilmiş, ən çətin vəzifələri layiqincə yerinə yetirməyə hazır olan peşəkar ordumuz olmalıdır”.

Tarix
2023.03.26 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla