Yuxarı

XİN-dən Fransaya çağırış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən Fransaya çağırış

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

"Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir", - XİN rəsmisi deyib.

Qeyd edək ki, son günlərdə Fransa Prezidenti Emmanuel Makronun bu ölkədə qanunvericiliyə dəyişikliklər qərarı ilə bağlı etirazçılara qarşı hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə güc tətbiq olunmaqdadır. Bu zorakılıq Avropa Şurası, "Amnesty International" və bir çox digər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən pislənib.

Tarix
2023.03.26 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla