Yuxarı

Tiflisdən təklif: Bakı və İrəvanla birgə 3-lük...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən təklif: Bakı və İrəvanla birgə 3-lük...

Gürcüstan, Azərbaycan və Ermənistan Cənubi Qafqazda dünya oyunçuları - Rusiya, Çin və ABŞ arasında danışıqlar üçün yeni sülh platforması yarada bilər.

Axar.az xəbər verir ki, bunu "Gürcü İdeyası" partiyasının sədri Levan Çaçua deyib.

O bildirib ki, Gürcüstan, Ermənistan və Azərbaycan Cənubi Qafqazı qarşıdurma məkanına deyil, sülh bölgəsinə, bir növ balans məkanına çevirməlidir:

"Qafqazın elə bir funksiyası olacaq ki, bu üç böyük hegemon dövlət arasında tarazlıq və onların ümumi maraqlarının - həm mədəni, həm iqtisadi, həm də siyasi - kəsişmə nöqtələri olsun. Hesab edirəm ki, Gürcüstan siyasəti bu istiqamətdə aparılmalıdır. Gürcüstan qonşu Ermənistan və Azərbaycanı ümumi sülh təşəbbüsü ilə çıxış etməyə inandırmalıdır. Biz erməni və azərbaycanlı qardaşlarımızı inandırmalıyıq ki, müxtəlif vektorlar seçməklə - məsələn, bəziləri Türkiyənin, digərləri Rusiya və ya NATO-nun vektorunu seçir - biz Qafqazda sülhü bərqərar edə bilməyəcəyik. Bu gün Qafqazın cənub sərhədləri yaxınlığında Rusiyanın "qaynar nöqtəsi" yaratmaq üçün hər cür səy göstərilir. Onlar birbaşa Rusiyaya hücum edə bilməzlər, hamımız bunu görürük, amma ətrafda qaynar nöqtələr yaradırlar”.

Tarix
2023.04.03 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla