Yuxarı

Geosiyasi durum birlikdə olmağı tələb edir - Radev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Geosiyasi durum birlikdə olmağı tələb edir - Radev

Daha bir mühüm məqam ondan ibarətdir ki, bu təşəbbüs bizim ambisiyalarımızın səviyyəsini artırır. İndi biz artıq digər daha mühüm layihələr barədə danışmağa başlamışıq. Biz gələcəyin enerjisi - yaşıl hidrogenin nəqli barədə danışmağa başlamalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.

İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev ilə birlikdə SOCAR-ın Sofiyada yeni ofisinin açılışını edəcəklərini vurğulayan Bolqarıstan Prezidenti bildirib: “Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət ilk növbədə birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”.

Tarix
2023.04.25 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla