Yuxarı

Bagirinin Həsənova zəngi: iki azərbaycanlı nədən danışdı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bagirinin Həsənova zəngi: iki azərbaycanlı nədən danışdı?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığının indiki məqamda baş tutması əvvəlki təmaslardan bir neçə səbəbdən fərqlənir. Kritik dönəmi adlamağa çalışan hər iki tərəfin hərb sahəsində müzakirələr aparması maraq doğurur.

Bu sözləri Axar.az-a güneyli siyasi şərhçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

O, telefon danışığının Ermənistana ötürülən silahlarla bağlı olduğunu ehtimal edib:

“İki azərbaycanlının bu telefon danışığı parçalanmış Azərbaycanın acı həqiqətidir. Lakin bugünkü reallıq budur ki, fars rejiminin silahlı qüvvələrinin təmsilçisi olan Bagiri azərbaycanlı nazirlə böyük ehtimalla Cahbahar limanından Ermənistana ötürülən silahlarla bağlı danışıqlar aparmalı olub. Bu artıq birinci belə hal deyil. Azərbaycan bu dəfə əlində olan faktları İranın qarşısına qoyaraq, Bagiridən tutarlı cavab istəyə bilər. Bununla yanaşı, Zəngəzur məsələsi ilə bağlı müzakirələrin olma ehtimalı da yüksəkdir.

İran Araz çayında keçirdiyi hərbi təlimlərdən sonra, yaxud bu addımını sığortalamaq naminə Azərbaycanla birgə təlim keçirmə təşəbbüsünü irəli sürə bilər”.

Siyasi şərhçinin sözlərinə görə, İran rejimi Azərbaycanla münasibətlərin istənilən sahədə normallaşmasında maraqlıdır:

“Baş tutan rabitə əlaqəsini Tehranın taktiki addımları kimi də yozmaq olar. Daxildə və xaricdə rejimin uğursuz siyasət yürütdüyü hər kəsə bəllidir. İran çox ağır xalq etirazları dönəmindən keçib. Molla rejimi iqtidarını qorumaq üçün qonşuları ilə yaxşı münasibət görüntüsü yaratmağa məcburdur. Anlayır ki, zor gücünə uğur qazana bilməyəcək. Səudiyyə Ərəbistanı ilə yumşalmaya getdi və üzdə olmuş olsa belə, Azərbaycanla stabillik istəyir. Bir sözlə, hər iki tərəf bir-birindən nə istədiyini dəqiq bilir.

Ehtimal edirəm ki, istənilən sahəyə təsir edən terror, narkotikanın İrandan Azərbaycana qaçaqmalçılığı müzakirə predmeti olub, bununla bağlı Bakının narahatlığı dilə gətirilib”.

O bildirib ki, Bakının əlindəki tutarlı faktlar İranı çıxılmaz duruma salıb:

“Budəfəki danışıqlarda Azərbaycan üstün bir mövqedədir. Çünki əlində faktları var. İstər Hindistandan göndərilən silahların İrandan keçməklə Ermənistana daşınması, istər Zəngəzurla bağlı qarşıdurmada İranın İrəvana hərbi dəstək verəcəyi ilə bağlı sızılan məlumatlar fakt kimi ortadadır. Düşünürəm ki, Tehran hökuməti Azərbaycanın əlindəki dəlilər qarşısında necə zəif duruma düşdüyünü dərk edir”.

Tarix
2023.08.25 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla