Yuxarı

Diplomatlar Ağdam-Xankəndi yolunda...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diplomatlar Ağdam-Xankəndi yolunda...

10:06

Bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərinin Ağdama tanışlıq səfəri başlayıb.

Axar.az xəbər verir ki, onlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olurlar.

50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər əraziyə baxış keçirirlər.

Onlara Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən ətraflı məlumat verilir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.

Tarix
2023.08.31 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

Azərbaycan-AB tərəfdaşlığı: Üfüqdən o yana... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla