Yuxarı

Üç gücün İstanbulda gizli Qarabağ “planı”: Bakı məhv etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç gücün İstanbulda gizli Qarabağ “planı”: Bakı məhv etdi

ABŞ, Avropa Birliyi və Rusiyanın yüksək rütbəli rəsmiləri İstanbulda Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” öz mənbələrinə istinadla yazıb.

Yüksək səviyyəli diplomatın iddiasına görə, sentyabrın 17-də keçirilən görüşdə Qarabağdakı “blokada”, Ermənistandan gələn humanitar yardımların buraxılması üçün Bakıya təzyiqlərin edilməsi müzakirə edilib.

Nəşr bildirib ki, görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Avropa Birliyini Toivo Klaar, Rusiyanı Prezidentin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.

Ən maraqlı nüanslardan biri ABŞ, AB və Rusiyanın görüş keçirməsi və heç vaxt ortaq mövqe nümayiş etdirməyən Qərbin bu məsələdə Rusiya ilə "birləşə" bilməsidir. "Politoko" nəşri də bu güclərin Qarabağ məsələsində "birləşməsinə" təəccübünü gizlətməyib.

Bu görüşdən cəmi 2 gün sonra – 19 sentyabrda Azərbaycan Ordusunun ildırımsürətli antiterror tədbiri keçirməsi və 24 saat müddətində bütün problemləri həll etməsi diqqət çəkir. Belə ki, Qarabağın “blokadası” ətrafında regiondan kənar böyük güclərin qurmağa çalışdığı oyunu Bakı gözlənilmədən darmadağın edib və hər kəsi fakt qarşısında qoyub.

Tarix
2023.10.04 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla