Yuxarı

Axar.Az Logo

İlham Əliyev 4 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:23

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1017-VIQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.0.7-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185, № 12 (I kitab), maddə 2580; 2019, № 2, maddə 231, № 4, maddə 653, № 7, maddə 1220, № 8, maddə 1390; 2021, № 7, maddə 740, № 8, maddə 910; 2022, № 6, maddə 610, № 12, maddə 1412) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.0.7-ci,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 1.0.7-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1017-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1014-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118; 2023, № 1, maddə 51, № 3, maddə 351, № 7, maddə 931) 1.2.1-ci və 1.4.1-ci yarımbəndlərinə “müəssisələrində” sözündən sonra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791; 2020, № 8, maddə 1039) ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”nin 2.2.12-ci yarımbəndinə “müəssisələrində” sözündən sonra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022, № 12, maddə 1448; 2023, № 2, maddə 219, № 7, maddələr 935, 974) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 9.11-ci bəndində “dövlət uşaq müəssisələrinin” sözləri “uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329; 2023, № 4, maddə 493, № 7, maddə 936) ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.13-cü yarımbəndində “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin.

5. “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1352) 4.1-ci bəndində “və təhsil müəssisələrinin valideynlərini itirmiş və” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 391, № 4, maddə 534, № 6, maddə 810, № 7, maddə 1018) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı” hissəsinin 5.3.1-ci yarımbəndinə “müəssisələrinin” sözündən sonra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1218) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 6.1.3.1-ci və 6.1.3.4.1-ci yarımbəndlərdə “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə əvəz edilsin;

7.2. 6.1.3.2.2-ci və 6.1.3.3.2-ci yarımbəndlərdə “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;

7.3. 8.3.2-ci yarımbənd üzrə:

7.3.1. “Tədbirin adı” sütununda “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin;

7.3.2. “ilkin nəticələr” sütununda “və təhsil müəssisələrinin valideynlərini itirmiş və” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya” sözləri ilə, “yekun nəticələr” sütununda “və təhsil müəssisələrinin” sözləri “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 582; 2003, № 8, maddə 441; 2005, № 9, maddə 800; 2009, № 6, maddə 419; 2014, № 7, maddə 790; 2015, № 3, maddə 265; 2017, № 5, maddələr 808, 843; 2020, № 12 (I kitab), maddə 1501; 2021, № 6 (I kitab), maddələr 566, 579) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 1.1-ci bəndinə “başlayanlar” sözündən sonra “və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922, № 12, maddə 1403; 2022, № 7, maddə 762, № 8, maddə 871, № 11, maddə 1261; 2023, № 3, maddə 361, № 5, maddə 650, № 7, maddələr 936, 958) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 4.1.12-2-ci yarımbəndində “işəgötürənlərin” sözü “sığortaedənlərin dövlət sosial sığorta sistemində” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə (ikinci halda) “fərdi” sözündən əvvəl “dövlət sosial sığorta sistemində” sözləri əlavə edilsin.

3. “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644; 2019, № 1, maddə 73; 2021, № 5, maddə 448, № 9, maddə 987) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın 2.1-ci bəndinə “fərdi” sözündən sonra “şəxsi” sözü əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası” üzrə:

3.2.1. 2.3-cü bəndin birinci cümləsində “uçot sistemində qeydiyyatı” sözləri “şəxsi hesabı” sözləri ilə əvəz olunsun və həmin bəndin ikinci cümləsinə (hər iki halda) “fərdi” sözündən sonra “şəxsi” sözü əlavə edilsin;

3.2.2. 3.2-ci bənddə “sığortaolunan şəxsin uçotu dövründə sosial sığorta nömrəsi ilə açılmış fərdi” sözləri “sığortaolunanın fərdi şəxsi” sözləri ilə əvəz edilsin;

3.2.3. 3.3-cü bəndə “Fərdi” sözündən sonra “şəxsi” sözü əlavə edilsin;

3.2.4. 5.2-ci bəndə “fərdi” sözündən sonra “şəxsi” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022, № 12, maddə 1448; 2023, № 2, maddə 219, № 7, maddələr 935, 974) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 8-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:

8.

Dövlət sosial sığorta sistemində fərdi uçotla bağlı göstərilən xidmətlər

4.2. 8.1-ci bənd ləğv edilsin;

4.3. aşağıdakı məzmunda 8.3-1-ci bənd əlavə edilsin:

8.3-1.

sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətlərin qəbulu

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226, № 11, maddə 1719; 2020, № 12 (I kitab), maddə 1480; 2021, № 6 (I kitab), maddə 579; 2022, № 4, maddə 323) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 2 nömrəli əlavə – “Kadrlar uçotunun şəxsi vərəqəsi”nin “Dövlət sosial sığorta sistemində sosial sığorta nömrəniz (SSN)” sətrində “Dövlət sosial sığorta sistemində sosial” sözləri “Sosial” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 842; 2020, № 12 (I kitab), maddə 1501; 2021, № 8, maddə 923) ilə təsdiq edilmiş “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin 1.1-ci bəndində “istisna olmaqla, dövlət” sözləri “və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla,” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329; 2023, № 4, maddə 493, № 7, maddə 936) ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.1.5-ci yarımbənddən “və uçotdan çıxarılmasını” sözləri çıxarılsın və həmin yarımbəndə “fərdi” sözündən əvvəl “dövlət sosial sığorta sistemində” sözləri əlavə edilsin;

7.2. 3.1.4-cü yarımbənddən “dövlət sosial sığorta nömrəsi əsasında” sözləri çıxarılsın;

7.3. 3.2.10-cu yarımbəndə “fərdi” sözündən əvvəl “dövlət sosial sığorta sistemində” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 176; 2001, № 10, maddə 640, № 11, maddə 707; 2002, № 9, maddə 555; 2003, № 10, maddə 568; 2004, № 12, maddə 1004; 2005, № 12, maddə 1104; 2007, № 11, maddə 1106; 2008, № 1, maddə 7; 2010, № 10, maddə 857; 2018, № 4, maddə 683; 2022, № 11, maddə 1260) 3-cü hissəsinin birinci abzasından “kosmik-peyk rabitə vasitələrinin,” sözləri çıxarılsın.

Tarix
2023.11.18 / 15:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Gələcəyimizi yaşıl enerjinin istehsalında görürük - Əliyev

Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıbmış - Video

Azərbaycan dostluq ənənələrinə sadiqdir - Prezident

Qarabağın azad olunması sonuncu aşırım idi

İran rejimini türk qorxusu bürüdü: həbslər artır

Qarabağ problemini bizə bunun üçün yaratmışdılar

Türkmənlərə qarşı plan: bölgənin etnik tərkibi dəyişdirilir

Bakı niyə 32 əsiri verməyə razı oldu? – Qriqoryan

Ermənistana qayıdış: İrəvan razılaşmanı necə pozur?

Şalva Papuaşvili Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla