Yuxarı

“Azercell”in innovativ həlləri mükafatlar qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”in innovativ həlləri mükafatlar qazandı

“Azercell”in texnoloji həlləri ABŞ-də keçirilən “Silicon Valley International Invention Festival” (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan “International Exhibition of Inventions” (IEI 2026) sərgilərində bir sıra mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra universitetin dəstəyi ilə nümayəndə heyətimizin qatıldığı SVIIF 2026 və IEI 2026 tədbirləri dünyanın müxtəlif ölkələrindən yüzlərlə innovator və ixtiraçını bir araya gətirib. Belə ki, SVIIF 2026-da 30-dan çox ölkədən 500-dən artıq innovator iştirak edib, IEI 2026 sərgisində isə 29 ölkədən 3 700-dən çox ixtira nümayiş etdirilib.

“Azercell”in tədbirlərdə təqdim etdiyi milli həllər telekommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi və fövqəladə hallar zamanı etibarlı rabitənin təmin olunması istiqamətində Böhran İdarəetmə Qrupunun (BİQ) fəaliyyəti çərçivəsində hazırlanıb. Şirkətin layihələri qızıl, gümüş və bürünc medallarla yanaşı, xüsusi “Semi-Grand Prix” mükafatı qazanıb.

Ən yüksək nəticə göstərən layihələrdən biri insanların daxil olması çətin və ya təhlükəli olan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına dəstək üçün hazırlanmış “M.R.S. – Mercy Rescue Snake” olub. Layihə Silikon Vadisində qızıl medal və “Semi-Grand Prix”, Quançjouda isə gümüş medal qazanıb.

Daha iki layihə SVIIF 2026-da qızıl medala layiq görülüb. “S.O.N.I.A.” avtonom dron sistemi müxtəlif xilasetmə vasitələrinin vahid platformaya inteqrasiya olunaraq idarə edilməsinə imkan verir. “Cyclowareness” layihəsi isə rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik üzrə maarifləndirmənin gücləndirilməsinə yönəlib.

Böhran anlarında telekommunikasiya xidmətlərinin sürətli bərpası və fasiləsizliyinin təmin edilməsi üçün hazırlanmış “Azercell Network Drone Complex” Quançjouda qızıl, Silikon Vadisində isə bürünc medal qazanıb. Texnologiya əsaslı monitorinq və operativ reaksiya vasitəsilə təhlükəsizliyin artırılmasına yönəlmiş “AzercellSafe Environment” həlli isə hər iki tədbirdə gümüş medala layiq görülüb.

“Azercell”in Təhlükəsizlik Departamentinin əməkdaşı Səfərəli Səfərli hər iki beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Mükafatlandırılan layihələr “Azercell”in süni intellekt, robototexnika, avtonom texnologiyalar və kibertəhlükəsizlik sahəsində hazırladığı həllərin böhran anlarında operativ reaksiya və dayanıqlı rabitənin təmin edilməsində praktiki tətbiqini nümayiş etdirir.

Tarix
2026.09.10 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla