Yuxarı

Son 33 ildə maaş 65 dəfədən çox artıb - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son 33 ildə maaş 65 dəfədən çox artıb - İqtisadçı

3 oktyabr 1993-cü il Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Bu, həmçinin Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunmasına aparan tarixdir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, son 33 il Azərbaycan tarixinə iqtisadi tənəzzülə qarşı mübarizə, stabillik və sürətli iqtisadi artım dövrləri kimi daxil olub:

"1993-cü ildə nominal qiymətlərlə 1,57 milyard dollar təşkil edən ÜDM 2025-ci ildə 76 milyard dollaradək artıb.

Son 33 il ərzində Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan çox sərmayə qoyulub. Rəsmi statistikaya əsasən, son 33 il ərzində dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb. Son 33 ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 65 dəfədən çox artaraq 17,9 manatdan 1174 manata yüksəlib.

Göründüyü kimi, son 33 ildə Azərbaycanın bütün iqtisadi göstəricilərində ciddi artımlar qeydə alınıb. Bu inkişafın banisi Ümummilli Liderdir. İnkişafın dayanıqlığını gücləndirən isə cənab Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən strateji siyasət olub".

Tarix
2026.10.03 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla