Yuxarı

Bakının bu hissəsində maşınların hərəkəti qadağan olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu hissəsində maşınların hərəkəti qadağan olunur

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.

Axar.az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, İçərişəhər qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək.

Dəyişikliklərə əsasən, oktyabrın 15-dən etibarən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək. Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa - Qoşa Qala qapıları çıxışına, sola hərəkət edən nəqliyyat vasitələri isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.

Bundan başqa, Qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının daha rahat təşkili məqsədilə Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən girişi Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək.

Görülən tədbirlər sakinlərin yaşayış ünvanlarına daha rahat və qısa marşrutla hərəkətini təmin etməklə yanaşı, Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına və ərazidə hərəkətin daha səmərəli təşkilinə imkan verəcək.

Qeyd olunan küçələrdə yaşayan sakinlərdən oktyabrın 15-dən etibarən İçərişəhər qoruğu ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur.

Yeni hərəkət sxemi qədim şəhər sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat və təhlükəsiz təşkilinə, Qoşa Qala meydanında isə şəhərin tarixi ruhuna uyğun, geniş və təhlükəsiz piyada məkanının formalaşmasına xidmət edəcək.

Tarix
2026.10.03 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla