Yuxarı

Moskvada azərbaycanlını qardaşının yanında bıçaqladılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada azərbaycanlını qardaşının yanında bıçaqladılar

Rusiyada azərbaycanlı kişi bıçaqlanıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 1-i axşam saatlarında, paytaxt Moksvanın “Lubyanka” metro stansiyasının yaxınlığında, Nikolskaya küçəsində yerləşən restoranda qeydə alınıb.

Məlumata görə, təxminən saat 22:45-də iki kişi arasında mübahisə yaranıb. Münaqişə nəticəsində tərəflərdən biri digərinə bıçaqla zərbə endirib.

Sonradan məlum olub ki, azərbaycanlı kişi qardaşı ilə birlikdə restoranda istirahət edirmiş. Bu zaman obyektdə olan yan masadakı 4 nəfər həmyerlilərimizin səs tonunu “bəyənməyiblər”. Onlar beləcə küçədə qardaşların restorandan çıxmasını gözləyiblər.

Qeyd olunur ki, həmin 4 nəfərin yüksək səs tonu barədə həmyerlilərimizə iradına görə mübahisə yaranıb. Mübahisə də qısa müddətdə dava-dalaşa çevrilib.

Dava zamanı qarşı tərəfdəki kişilərdən biri bıçağa əl atıb və 35 yaşlı azərbaycanlıya 3 dəfə zərbə vurub. Zərbələrdən biri qarın nahiyəsinə dəyib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Tarix
2026.10.03 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla