Yuxarı

5 prinsip əsasında sülh sazişi... - Qafarova

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
5 prinsip əsasında sülh sazişi... - Qafarova

Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyib. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır.

Axar.az xəbər verir ki, bunu Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə deyib.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən S.Qafarova Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb.

Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək, regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərmişdir.

O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi məlumatlandırıb.

Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.

Tarix
2023.12.02 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla