Yuxarı

Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Belçika Krallığının Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri öz əksini tapıb. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi və səs çoxluğu ilə qəbul edilən dəyişikliklər nəticəsində məruzədən "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində Alma-Ata deklarasiyasına istinad etmə", "sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması" kimi ifadələr çıxarılıb.

Əvəzində isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prossesinə hər kəsin dəstək verməli olduğu, bu prossesin beynəlxalq hüquq normalarına uyğun aparılması məruzədə öz əksini tapıb.

Müzakirədə çıxış edən Milli Məclisin deputatları - Tahir Mirkişili, Tural Gəncəliyev, Nurlan Həsənov regionda təhlükəsizliyin təşəkkül tapmasında Azərbaycanın müstəsna rolunu qeyd edərək, bunun möhkəmlənməsi üçün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və regional kommunikasiyaların açılmasının vacibliyini qeyd ediblər.

Tarix
2024.03.20 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla