Yuxarı

Tahir Mirkişili Avronest PA-nın komitə sədri seçildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tahir Mirkişili Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək.

Axar.az xəbər verir ki, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında sədrlik növbəti 1 il üçün Azərbaycana keçib. Komitənin sədri Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili seçilib.

Komitə iclasında çıxış edən deputatlar Soltan Məmmədov və Nurlan Həsənov Ermənistandan qovulan azərbaycanlıların hüquqlarının bərpası, işğaldan azad edilmiş ərazilərdə mina qurbanlarının sayının artması məsələlərini qaldırıblar.

Növbəti məruzə üçün Azərbaycan və Ukrayna nümayəndə heyətinin birgə təqdim etdiyi "Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində konfliktlərdən təsirlənən məcburi köçkünlərjn və mina qurbanlarının sosial və peşəkar adaptasiyasının dəstəklənməsi" mövzusu səs çoxluğu ilə qəbul edilib.

Komitə iclasında sosial xidmətlərin rəqəmsallaşması mövzusunda müzakirələrdə üstün nümunə olaraq Azərbaycanın Əmək və Sosial Müdafiə nazirliyinin DOST Mərkəzinin təqdimatı keçirilib.

Tarix
2024.03.20 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artdı

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla