Yuxarı

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir qrup köməkçisi ilə görüşüblər.

Bu barədə Axar.az-a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib.

Səməd Seyidov qonaqlara Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi, Azərbaycanın işğal olunmuş 4 kəndinin geri qaytarılması barədə Ermənistanla əldə olunmuş razılaşmanın əhəmiyyəti, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən çıxması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, dünyada gedən proseslər, Azərbaycanın milli maraqları, ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri və digər məsələlər barədə fikirlərini çatdırıb.

Görüşdə iştirak edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məlahət İbrahimqızı, Emin Hacıyev qonaqları maraqlandıran suallara cavab veriblər, Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.

Tarix
2024.04.24 / 15:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla