Yuxarı

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatizmə son qoyduğumuz bir neçə saatlıq antiterror əməliyyatı ilə də biz onlara gücümüzü nümayiş etdirdik. Bizim Ermənistana qarşı yenə də pis niyyətimiz yoxdur. Bizim onların ərazisinə heç bir iddiamız yoxdur, amma onlar başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi, bu, təhlükəlidir və mənim vəzifəm onlara, həmçinin onların arxasında duran və onları manipulyasiya edənlərə xəbərdarlıq etməkdir ki, bu, həqiqətən təhlükəlidir və onlar mənim dediklərimə qulaq asmalıdırlar. Çünki bilirlər ki, sözlərimə qulaq asmalıdırlar. Mənim tövsiyəm budur.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bundan başqa, Ermənistan qlobal qarşıdurma üçün digər bir namizəd ola bilər. Təəssüf ki, bizim sərhədlərimizə yaxın bu hallar da mövcuddur. Beləliklə, bunlardan Qərblə Rusiya arasında qlobal qarşıdurma üçün istifadə oluna bilər və əgər bu, onlar üçün ən yaxşı ssenaridirsə, qərar onlarındır. Ancaq bu, fəlakət ola bilər. Bu gün onlara hərtərəfli və davamlı dəstək vəd edənlər, əgər ilk güllə sərhəddə atılsa qaçacaqlar. Mən tam əminəm. Avropalı sülh müşahidəçiləri adlanan, bizə qarşı binokl diplomatiyasından istifadə edib nə isə nümayiş etdirməyə çalışan, - bilmirəm nə nümayiş etdirmək istəyirlər, - ehtiyatda olan hərbçilər və polislər bizim cavab vermədiyimizə görə bizə minnətdar olmalıdırlar. Əminəm ki, ciddi bir şey olsa, onlar qaçacaqlar. Deməli, biz vəziyyəti belə görürük və yenə də regionda təhlükəsizliyə, sabitliyə gedən yol Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından keçir. Onlar, yəni, Ermənistanı nəzərdə tuturam, normal qonşu olmağı öyrənməli, qonşularına qarşı ərazi iddialarına son qoymalıdırlar. Biz bəzi müsbət tendensiyaları görürük. Lakin bu, kifayət deyil. Bu, yalnız sözlərdir və biz onların fikirlərini necə dəyişdirə biləcəyini bilirik. 2019-cu ildə deyirdilər ki, “Qarabağ Ermənistandır” və bu, müharibənin başlanmasına təkan verdi. İndi isə “Qarabağ Azərbaycandır” deyirlər.

Bilmirəm, bəlkə beş ildən sonra ölümcül silahlarla təmin olunanda yenə deyəcəklər ki, “Qarabağ Ermənistandır”. Biz nə edək? Biz gözləyə bilmərik”, - deyə Prezident bildirib.

Tarix
2024.04.25 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla