Yuxarı

Qardaş liderlərin 1 həftədə iki görüşü - Nə baş verir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen 10-12 iyunda – 3 gün müddətində İrəvanda səfərdə oldu və mühüm görüşlər keçirdi.

Obrayenin “Azadlıq” radiosuna verdiyi geniş müsahibə isə əsl sensasiya sayıla bilərdi. O bildirdi ki, Ermənistan və Azərbaycan tələsməlidir, nə qədər ki, Rusiyanın başı Ukraynaya qarışıb, sülh sazişi imzalamalı və Zəngəzur dəhlizi açılmalıdır.

Ən mühümü o idi ki, ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa, vasitəçilər olmadan aparılan danışıqları və onların müsbət nəticəsini dəstəklədi. İlk dəfə idi ki, ABŞ rəsmisi birbaşa danışıqlara müdaxilə etmək fikrində olmadıqlarını da bildirdi.

Obrayen elan etdi ki, tarixi fürsətdir, bu fürsət bir neçə il öncə yox idi, ola bilsin ki, gələn il də olmayacaq! Bir ildən sonra Rusiyanın Cənubi Qafqazla “daha çox məşğul ola biləcəyinə imkan yaranmasının mümkünlüyünü” də dedi – sanki Ukrayna savaşının bir ilə bitəcəyi anonsu verilirdi...

10 iyunda Prezident İlham Əliyevin Ankaraya birgünlük səfəri baş tutdu, Prezident Ərdoğanla görüşdü.

17 iyunda isə Blinkenin digər müavini – Riçard Verma İrəvana səfər etdi və bu dəfə biz tam fərqli mənzərənin şahidi olduq. Obrayenin səfəri nə qədər səs-küylü və açıq bəyanatlarla keçdisə, Vermanın üçgünlük səfəri o qədər sakit oldu, hətta Paşinyan, Mirzoyan, Xaçatryanla görüşləri haqda belə geniş informasiya verilmədi. Obrayenin səfəri və verdiyi açıqlamaların Rusiyada doğurduğu rezonansa görə idimi? Yoxsa Obrayen İrəvanda olarkən Paşinyanın KTMT-dən çıxmağı ilk dəfə açıq şəkildə dilə gətirib, daha sonra Armen Qriqoryanı Ukrayna Sülh Sammitinə göndərməsi cəsarətinin əks-reaksiyası idimi?

Hər bir halda Qriqoryan Ukrayna Sülh Sammitinin yekun bəyannaməsinə imza atmaqdan son anda çəkindi, Vermanın görüşləri haqda məlumat isə minimuma endirildi.

Ancaq 18 iyunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı apardı. Və... Bodrumda olan Prezident İlham Əliyevlə şəxsən görüşmək üçün helikopterlə gəldi.

Qardaş ölkə liderləri bu dəfə Bodrumda bayramlaşdılar.

2024-cü il 10 yanvarda Prezident İlham Əliyevin yerli kanallara müsahibəsini xatırladınızmı? Bu müsahibə dövlətimizin milli strategiyasının tezisləri, Yol Xəritəsi idi. Prezident Əliyev o müsahibədə demişdi ki, əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram.

Belə...

Qardaşlar regionun arxitekturasını birgə qururlar!

Tarix
2024.06.20 / 16:02
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Mehdiyevin qızı binanı sata bilmədi, 6 milyon ucuzlaşdı

İcra başçısı geyim şirkətinə yol təmir etdirir

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla