Yuxarı

Makron "sakitləşdirmək üçün" zəng etdi - Pezeşkianın cavabı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron "sakitləşdirmək üçün" zəng etdi - Pezeşkianın cavabı

Fransa Prezidenti Emmanuel Makron İranın yeni Prezidenti Məsud Pezeşkiana zəng edib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, Fransa lideri HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə vəziyyətin gərginləşməsindən narahatlığını bildirib və İranı təmkinli olmağa çağırıb.

Pezeşkian isə İranda rəsmi qonaq olan Haniyənin qətlinin İsrailin bölgədə müharibə alovunu daha da alovlandırmaq cəhdi kimi qiymətləndirib.

“İran İslam Respublikası müharibənin qarşısının alınmasını və qlobal sülh və təhlükəsizliyin bərqərar edilməsi səylərini özünün əsas prinsipləri hesab edir. Bununla belə, beynəlxalq müqavilələr və qanunlar çərçivəsində öz maraqlarının və təhlükəsizliyinin pozulması qarşısında heç vaxt səssiz qalmayacaq”, - Pezeşkian Makrona deyib.

O, ABŞ və Qərb ölkələrinin İsrailin hərəkətlərini pisləmək əvəzinə onu dəstəklədiyini vurğulayıb.

Pezeşkian İranın regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin təşviqində ardıcıl olaraq həlledici rol oynadığını vurğulayaraq, İranın İsrailin təcavüz aktına mütənasib cavab vermək hüququnu özündə saxladığını bildirib:

“Birləşmiş Ştatlar və Qərb ölkələri heç bir beynəlxalq qanun və qaydalara əməl etməyən və regionda heç bir cinayət əməlindən çəkinməyən, ziddiyyətli və qeyri-müəyyən bir yanaşma nümayiş etdirən bir rejimi dəstəkləyirlər. Qərb ölkələri terror aktlarının hədəfində olan ölkələri cavab tədbirləri həyata keçirməkdən çəkinməyə və təmkinli olmağa çağırır. Əgər ABŞ və Qərb ölkələri regionda müharibə və təhlükəsizliyin qarşısını almaq istəyirlərsə, dərhal silah satışını və İsraili dəstəkləməyi dayandırmalı və onu Qəzzaya hücumları dayandırmağa məcbur etməli və atəşkəslə razılaşmalıdırlar. Qərb tərəfindən siyasi, maliyyə və hərbi dəstək alan İsrail Qəzzada və başqa yerlərdə soyqırım və terror aktlarını davam etdirdikcə, regionda və dünyada sabitlik, təhlükəsizlik və sülh olmayacaq”.

Tarix
2024.08.07 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla