Yuxarı

Meksika prezidenti Azərbaycana təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın dünən səlahiyyətlərinin icrasına başlayan yeni Prezidenti Klaudiya Şeynbaum Pardo Azərbaycana dəstəyə görə təşəkkür edib.

Axar.az xəbər verir ki, o, bununla bağlı X-dəki sosial şəbəkəsindəki hesabında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla və digər ölkələrin rəsmiləri ilə görüşünü əks etdirən videoçarx paylaşıb.

Dövlət başçısı Azərbaycan da daxil olmaqla, 105 ölkənin nümayəndələrinə minnətdarlığını ifadə edib.

“Xarici siyasətimiz xalqların Konstitusiya yolu ilə öz müqəddəratını təyinetmə, daxili işlərə müdaxilə etməmək, mübahisələrin sülh yolu ilə həlli, inkişaf və dünya xalqları ilə qardaşlıq naminə beynəlxalq əməkdaşlıq kimi prinsiplərə riayət edəcək”, - Klaudiya Şeynbaum Pardo paylaşımda qeyd edib.

Qeyd edək ki, Klaudiya Şeynbaum oktyabrın 1-də rəsmi olaraq Meksika Prezidenti vəzifəsinin icrasına başlayıb. Dünənki andiçmə mərasimi Meksikanın Respublika Konqresinin (ikipalatalı parlament) iclaslarının keçirildiyi San-Lasaro qanunverici Sarayında baş tutub.

Tarix
2024.10.02 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla