Yuxarı

Üçtərəfli görüşdən Paşinyan imtina edib - Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üçtərəfli görüşdən Paşinyan imtina edib - Səbəb

Putin İlham Əliyevlə Paşinyanın üçtərəfli görüşünü təşkil edə bilmədi. Halbuki MDB dövlət başçılarının Moskva sammiti Rusiya üçün növbətçi xarakterli olsa belə, görüşün keçirilməsi və Bakı-İrəvan danışıqlarındakı vasitəçilik mübarizəsində irəli çıxması üçün yaxşı fürsət idi.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı fikir bəziləri tərəfindən dəstəklənmir. Böyük ehtimalla Uşakovun dediyi “bəziləri” Ermənistandır. Rəsmi Bakı hələ Putinin Azərbaycana səfəri ərəfəsində danışıqların Moskvada davam etdirilməsinə razı olduğunu bəyan etmişdi, rəsmi İrəvan isə bundan imtina etdi. Çünki Moskva masasında kommunikasiyanın açılması – Zəngəzur dəhlizi Azərbaycan və Rusiyanın gündəliyinə uyğundur. Və mümkün üçtərəfli görüşdə İrəvan təzyiq altında qalacaqdı. İstisna deyil ki, Rusiya ondan uzaqlaşan Ermənistanın MDB iclasında iştirakını mövcud vəziyyətdə irəliyə doğru addım hesab edərək, üçtərəfli görüş üçün Paşinyana təzyiq etməyib.

Hərçənd, Kremlin sözçüsü Dmitri Peskov Putinin Əliyev və Paşinyanla ikitərəfli görüşdə Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini açıqlayıb. Putinə “Sülhün kəsişməsi” layihəsi ilə bağlı broşür təqdim edən Paşinyan yenidən Zəngəzur dəhlizinə qarşı çıxıb.

Dəhliz ətrafında intriqalar davam edir və mövqelər arasındakı ziddiyyətlər göstərir ki, regional kommunikasiyanın açılması perspektivi getdikcə çətinləşir.

Tarix
2024.10.09 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla