Yuxarı

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi.

Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı.

Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu.

Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi.

Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.

Tarix
2024.11.12 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan

Leyla Əliyeva bu pavlyonu ziyarət etdi - Video

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla