Yuxarı

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Keyr Starmer ilə görüşüb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bunun Britaniya Baş nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd etdi. Bildirdi ki, bu səfər Azərbaycanla Böyük Britaniya arasında əlaqələrdə mühüm əhəmiyyət daşıyır və tarixi bir səfərdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu tədbirə sədrliyi münasibətilə təbrik etdi.

İqlim dəyişmələri məsələlərinin Britaniyanın gündəliyində vacib, prioritet məsələlərdən olduğunu deyən Baş nazir Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələri ilə mübarizəyə verilən töhfənin təqdir olunduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın COP29-un təşkili ilə əlaqədar vaxtının az olmasına baxmayaraq, qısa müddət ərzində bütün təşkilati işlərin həyata keçirildiyini dedi. Prezident İlham Əliyev bu tədbirin mahiyyəti üzrə olan danışıqlar prosesində də artıq irəliləyişlərin olduğunu bildirdi. Bu xüsusda, Paris razılaşmasının 6-cı bəndi üzrə əldə olunmuş irəliləyişləri müsbət addım kimi qiymətləndirdi.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərə dair müzakirələr aparıldı, bp-nin sərmayələri ilə Cəbrayılda Günəş panel stansiyasının tikintisi layihəsi yüksək qiymətləndirildi. Qeyd olundu ki, bu layihə dünyanın ən böyük neft-qaz terminallarından biri olan “Səngəçal”da istifadə edilən enerjinin bərpaolunan enerjiyə keçidini və dekarbonizasiyasını təmin edəcək.

Söhbət zamanı Böyük Britaniyanın Azərbaycanda minaların təmizlənməsi işinə verdiyi dəstək yüksək qiymətləndirildi.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə maraqlandı.

Dövlətimizin başçısı qeyd etdi ki, hazırda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlar davam etdirilir, bu müqavilənin mətninin xeyli hissəsi artıq razılaşdırılıb, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində də Ermənistan ilə Azərbaycan arasında ciddi irəliləyiş var, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib ki, komissiyanın son görüşündə də bu prosesin irəli aparılması barədə razılıq əldə olunub.

Amma bütün bunlarla yanaşı, dövlətimizin başçısı Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirdi.

Azərbaycan Prezidenti sülh prosesinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün xalqların sülhə hazırlanmasının önəmini vurğuladı.

Tarix
2024.11.12 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan

Leyla Əliyeva bu pavlyonu ziyarət etdi - Video

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla