Yuxarı

Hacıyevdən Borrellin "bağ və cəngəllik" bənzətməsinə cavab...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyevdən Borrellin "bağ və cəngəllik" bənzətməsinə cavab...

Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İnkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də AB üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. AB-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, AB-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var", - paylaşımda qeyd edilib.

Onun sözlərinə görə, Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa Birliyinə üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir.

"Eyni qaydada bəzi AB ölkələri diplomatik kanallarından istifadə edərək, digər dövlətləri COP29-da iştirak etmək fikrindən daşındırmağa çalışdı. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur", - H.Hacıyev yazıb.

"Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək", - paylaşımda vurğulanıb.

Tarix
2024.11.14 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Rusiyadan Zəngəzur açıqlaması

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Milli Məclisin növbəti plenar iclası başladı

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla