Yuxarı

Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfər edən ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.

XİN-dən Axar.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və ATƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, regional vəziyyət, habelə COP29 çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər ölkəmiz ilə ATƏT PA arasında intensiv dialoqun mövcudluğunun məmnunluq doğurduğunu, parlament diplomatiyasının, o cümlədən bu çərçivədə qarşılıqlı səfərlərin ümumi maraq kəsb edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

İqlim dəyişikliyi təhdidinin insan təhlükəsizliyi və dayanıqlı inkişafa hədə olduğu, iqlim dəyişikliyinin bölgəmizdə və dünyamızda müşahidə olunan fəsadlarının aradan qaldırılması səylərinin gücləndirilməsi və bu istiqamətdə ən həssas qrupların dəstəklənməsinin COP29 sədrliyimizin prioriteti olduğu bildirilib.

Sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində əldə olunan bir sıra uğurların, xüsusilə sessiyanın gündəliyinin ilk gündən razılaşdırılması, Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılıq əldə edilməsi və maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılmasının məmnunluq doğurduğu qeyd edilib.

Qarşı tərəf, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın hərbi işğalının nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə regional sülh prosesinin gedişatı barədə məlumatlandırılıb.

Vitse-prezident COP29 sədrliyi münasibətilə ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. ATƏT çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə səylərinə əhəmiyyət verildiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.11.18 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla