Yuxarı

Nikol buranı azərbaycanlı qardaşlarımıza verir - Baqratyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol buranı azərbaycanlı qardaşlarımıza verir - Baqratyan

Dünən İranın xarici işlər naziri hər şeyi bildiklərini açıqladı və İranın Ermənistandakı səfiri dedi ki, Ermənistana hücum olarsa, köməyə gələcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib.

“Söhbət Zəngəzur dəhlizindən gedir, inanıram ki, bu, Paşinyanın ideyasıdır. Yəni Paşinyan buranı türk-azərbaycanlı qardaşlarımızla bölüşmək qərarına gəlib. O, azərbaycanlıların burada yaşaması üçün danışıqlar aparır, ermənilərin getməsindən isə söhbət gedə bilməz, ona görə də Ermənistan hakimiyyətinin yerinə türk vassallarını görürük. İran varsa, hansısa təhlükəni zərərsizləşdirə bilərdik, ancaq indiki hökumət İranın müdaxiləsinə imkan verməyəcək”, - o iddia edib.

Baqratyan deyib ki, azərbaycanlılar yalnız Zəngəzurla kifayətlənməyəcək, Bakının hədəfi Qərbi Azərbaycandır:

“Bu 2,8 milyon insan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə danışacaq şəxslər seçməli və onlardan neçəsinin kəndə, neçəsinin şəhərə gələcəyinə qərar verilməlidir. Yəni (Azərbaycan lideri) demir ki, sizi işğal edəcəyəm, deyir ki, gəlib orda yaşayacağıq. Ermənistan hökuməti də bunun tərəfdarıdır”.

Tarix
2024.12.10 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla