Yuxarı

2,7 milyarda əl qoyan Makron İvanişvilidən nə istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
2,7 milyarda əl qoyan Makron İvanişvilidən nə istəyir?

Makron bu gün İvanişviliyə zəng edib. Ümumiyyətlə, Fransa Ermənistan və Gürcüstanda “güc göstətmək”, bolgədə Böyük Britaniyaya qarşı təsir mexanizmləri yaratmaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri, ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Gürcüstanda etirazçılar öz hüquqlarından istifadə edir, buna qarşı çıxmaq olmaz, ancaq işin kökündə seçkilər, rusiyapərəstlik, Qərbdən imtina deyə bir məsələ yoxdur:

“Məsələnin kökündə 2022-ci ildə Fransanın, Makronun israrı, tələbi və Fransa məhkəməsinin qərarı ilə İsveçrənin məşhur “Credit Suisse” Bankında İvanişvilinin 2,7 milyard funt-sterlinq vəsaitinin dondurulması dayanır. Fransa və İsveçrə deyir ki, İvanişvili bu pulu Rusiyada qazanıb deyə, hesabları dondurulmalıdır – absurd iddiadır, çünki İvanişvili o pulu Rusiyada 2002-ci ilə qədər qazanıb, sonra nəyi var idisə, satıb (həyat yoldaşı Yekaterina Xvedelidzenin adına olan torpaq sahəsi və Moskva ətrafında böyük villadan başqa), pulunu Fransaya, İsveçrəyə köçürüb, faktiki olaraq Putinin yeni “elitasından” qaçıb. İvanişvili Saakvilinin dəvəti ilə Gürcüstana gəlib, 2008-2009-cu illərə qədər də yaxın sirdaş, dost, əqidədaş olublar. Sonra yolları ayrılıb, 2012-də Gürcü Arzusu Partiyasını quraraq seçkilər yolu ilə hakimiyyətə gəlib.

Makronun zəngi yeni anlaşma cəhdidir, deyə bilər ki, Fransa vətəndaşı olan Salome Zurabişvilini geri çəkirəm, etirazları dəstəkləməyəcəyik, sənin də pullarını qaytaracağıq, təki bizim istəklərimizi yerinə yetir. Yəni, əgər bu gün Gürcüstandakı hadisələrə Rusiyanın dəxlisi varsa, bu elə Fransanın əli ilədir - hər iki ölkənin əsas hədəfi və rəqibi anqlosakslardır. Onlara qarşı istənilən formatda iş birliyinə gedirlər - elə Ermənistanda, Ukraynada və İranda da.

Qeyd edim ki, İvanişvili Fransa vətəndaşıdır – yəni bu gün Gürcüstanda həm də iki Fransa vətəndaşının qarşıdurması var və bu konfliktdə maraqlı olan, bu yolla da əsas moderator olmağa çalışan Makron var”.

Tarix
2024.12.11 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla