Yuxarı

ABŞ-Ermənistan strateji sazişində nələr gizlənib?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayden Administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Trampa “miras” qoymaq məqsədi daşıyır: ABŞ-ın yeni hakimiyyətinin Ermənistana münasibətdə sələfindən fərqlənəcəyi, Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır; Trampın Baydendən fərqli olaraq, Bakı-İrəvan arasında balans xəttini qoruması belə Ermənistan “əlini zəiflədəcək” amildir.

Strateji sənədin imzalanması ilə yeni administrasiyanın üzərinə Ermənistanı dəstəkləmək öhdəliyini qoymaq istəyirlər, hərçənd, Trampın buna nə qədər əməl edəcəyi sual altındadır.

Sənəddə nələrin əks olunacağı xüsusilə maraqlıdır. Təfərrüat bəlli olmasa da, bura təhlükəsizlik kimi məsələlərin daxil ediləcəyi, özündə 5 aprel 2024-cü il Brüssel razılaşmasının müəyyən tərəflərini ehtiva edəcəyi istisna deyil. O da istisna deyil ki, Mirzoyanla Blinkenin əsas müzakirə mövzularından biri yeni administrasiyanın sənədə sadiq qalmasını təmin etməyin yollarıdır və bu prosesdə erməni diasporu/lobbisinin aktivlik nümayiş etdirəcəyi gözləniləndir.

Strateji sənəd Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədir. Yeni administrasiya Cənubi Qafqazla bağlı siyasətində ya bu sənədi əsas götürə, ya da Azərbaycanla da eyni razılaşma əldə edə bilər. Əks təqdirdə, Trampın regiondakı siyasəti effektsiz olacaq.

Tarix
2025.01.14 / 13:08
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla