Yuxarı

Ceyhun Bayramov AQEM Baş katibi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 yanvar 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

Görüşdə, ölkəmizin çoxtərəfli diplomatiyada zəngin təcrübəsi və uğurlu sədrlikləri xüsusi vurğulanaraq, Azərbaycan tərəfindən AQEM sədrliyi üzrə təqdim olunmuş konseptual sənədin təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın möhkəmlənməsi üçün geniş istiqamətləri əhatə etdiyi məmnunluqla qeyd olunub.

Nazir Ceyhun Bayramov ideya müəllifi kimi Qazaxıstanın təşkilatın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Sədrliyimiz dövründə təşkilatın beynəlxalq rolunun və səmərəliliyinin daha da artırılması, üzv ölkələr üçün praktiki faydanın genişləndirilməsi, institusional inkişafın təmin edilməsinin vacibliyini qeyd edib. Təhsil, iqlim dəyişmələri, gənclər, media, nəqliyyat bağlantıları və bir çox digər istiqamətlərdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Nazir COP29 sədrliyimiz çərçivəsində qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini nəzərə alaraq, iqlim dəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçün potensialın olduğunu bildirib.

Baş katib Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər geniş olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçiriləcək görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə edilməsi və Azərbaycanın sədrliyinin prioritetlərinin müzakirəsi baxımından faydalı olacağını ifadə edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2025.01.15 / 18:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla