Yuxarı

“Xankəndi Azərbaycandır” sözünə Batya niyə təəccüblənib ki!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xankəndi Azərbaycandır” sözünə Batya niyə təəccüblənib ki!

Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanın siyasətini tənqid edib və Azərbaycana dəstək verdiyini gizlətməyib. Ancaq Lukaşenkonun “44 günlük müharibədə uduzduqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndinin və bütün Qarabağın faktiki Azərbaycanın ərazisi olduğunu elan edəndə Vladimir Putin və mən heyrətləndik” cümləsini xoş qarşılamaq mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Niyə heyrətləndiniz? Burada qəribə nə var? Paşinyan müharibədə məğlub olduğundan sonra reallıqla barışıb və Qarabağın Azərbaycan ərazisi olduğunu söyləmək məcburiyyətində qalıb. Lukaşenkodan əvvəl Rusiya Prezidenti Vladimir Putin də bu mövzuya bir neçə dəfə toxunaraq deyib ki, Qarabağın Azərbaycan ərazisi olduğunu Paşinyan tanıdığından, Rusiyanın edəcəyi heç nə qalmadı.

Putinin və Lukaşekonun məntiqlərindən belə çıxır ki, birincisi, Paşinyan müharibədə məğlub olmasına baxmayaraq, gərək Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydı, ikincisi, o, Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Moskva və Minskdən daha çox dəstək alardı. Yəni demək istəyirlər ki, Paşinyan Azərbaycanın işini asanlaşdırıb. Elə buna görə də nə Kremlə, nə də Minskə etibar etmək olar”, - politoloq vurğulayıb.

Tarix
2025.01.26 / 22:26
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla