Yuxarı

Nikol Qərbi Azərbaycan İcması ilə dialoqa nə vaxt başlayır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol Qərbi Azərbaycan İcması ilə dialoqa nə vaxt başlayır?

Qərbi Azərbaycan İcması (QAİ) fəaliyyətini Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri üzərində qurur. Bu fəaliyyət ölkənin ümumi siyasəti çərçivəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində yerinə yetirilir. Dövlət başçısı 2022-ci il dekabrın 24-də İcmanın inzibati binasının açılışında konseptual və proqram xarakterli çıxış etdi. Həmin çıxışla Qərbi Azərbaycan İcmasının yol xəritəsi müəyyənləşib.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Musa Quliyev deyib.

Komitə sədri ölkə başçısının bəyan etdiyi istiqamətə uyğun olaraq Qərbi Azərbaycan İcması tərəfindən “Qayıdış Konsepsiyası” hazırlandığını söyləyib:

“Prezidentin tövsiyə və çağırışlarına uyğun olaraq Qərbi Azərbaycan İcması dəfələrlə rəsmi qaydada Ermənistan hakimiyyət orqanlarına, o cümlədən Baş nazir Nikol Paşinyana danışıqlarla bağlı müraciət edib. İcma qayıdış hüququnu Ermənistan rəhbərliyindən, konkret olaraq baş nazirdən tələb edib. Bundan sonra da belə tələblər olacaq”.

Musa Quliyev vurğulayıb ki, Ermənistan rəhbərliyi hələ də İcma tərəfindən ünvanlanan müraciətlərə cavab verməyib:

”Onlar bu müraciətləri susaraq, qulaqardına vuraraq cavabsız qoyur. Əksinə, Nikol Paşinyan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəzi çıxışlarında bunu Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə çalışırlar. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ermənistana qarşı hər hansı ərazi iddiası yoxdur. Sadəcə olaraq Qərbi azərbaycanlıların tarixi ata-baba ocaqlarına ləyaqətli qayıdış hüququ təmin olunmalıdır.

1988-1989-cu illərdə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlılar, onların övladları, nəvələrinin geri qayıdıb orada yaşaması, iş qurması, vətəndaşlıq alması onların seçimindən asılıdır. Əsas odur ki, Ermənistan hökuməti bu hüququ tanısın və ləyaqətli qayıdışı təmin etsin. Qərbi Azərbaycan İcması bununla bağlı Ermənistan hökuməti ilə yanaşı beynəlxalq təşkilatlara, BMT-yə müraciətlər ünvanlayır. Bunun nəticəsidir ki, İcmanın müraciətləri BMT-nin rəsmi sənədi kimi yayılır”.

Tarix
2025.02.25 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla