Yuxarı

Zəngəzur dəhlizinin açılması nəticəsində... - Açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizinin açılması nəticəsində... - Açıqlama

Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) yük daşımalarının həcmini 11 milyon tona çatdırmaq üçün həm fiziki infrastrukturun modernləşdirilməsini, həm də logistika proseslərinin səmərəliliyinin artırılmasını əhatə edən tədbirlər kompleksi həyata keçirilməlidir.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova “Azərbaycan – transkontinental meqa marşrutların "Şərq-Qərb" və "Şimal-Cənub" kəsişmə nöqtəsində” mövzusunda keçirilən dəyirmi masada bildirib.

A.Turabovanın sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biridir:

"Dünya Bankının məlumatına görə, 2030-cu ilə qədər Orta Dəhlizlə yük daşımalarının həcmi 11 milyon tona çata bilər. Bunun üçün fiziki infrastrukturun yaxşılaşdırılması və logistika proseslərinin səmərəliliyinin artırılması da daxil olmaqla həm "sərt", həm də "yumşaq" infrastrukturun inkişafı üzrə tədbirlər görmək lazımdır".

Aparıcı məsləhətçi vurğulayıb ki, Azərbaycan nəqliyyat marşrutların strateji əhəmiyyətini dərk edərək, 20 ildən artıq müddətdə sözügedən infrastrukturun inkişafına ardıcıl surətdə sərmayə qoyur.

A.Turabova həmçinin qeyd edib ki, hazırda Horadiz-Ağbənd dəmir yolu layihəsinin ikinci mərhələsi həyata keçirilir:

"Bu dəmir yolu xüsusi əhəmiyyət kəsb edir, çünki birbaşa Zəngəzur dəhlizi ilə əlaqəli olacaq və Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə birbaşa bağlantısını təmin edəcək. Hesablamalara görə, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyətini 10-12 milyon ton artırmağa imkan verəcək".

Tarix
2025.03.17 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla