Yuxarı

Qutsul həbs edildi: Rusiya bu ölkəyə ordu yeridə bilər?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qutsul həbs edildi: Rusiya bu ölkəyə ordu yeridə bilər?

Qaqauziyada əvvəldən də problemlər var idi. Son dönəmlər rəsmi Moskvanın Qaqauziyada baş verən proseslərlə bağlı açıqlamaları da orada hansısa gərginliyin yaşandığı ilə bağlı təəssürat yaradırdı. Gərginliyin artacağı, Moldovanın bu cür addımlar atacağı gözlənilən idi. Eyni zamanda Rusiyanın Ukrayna cəbhəsindən sonra Moldova məsələsinə də müdaxilə edəcəyinə dair iddialar var idi.

Bu sözləri Axar.az-a hərbi ekspert Səxavət Məmməd Qaqauziya lideri Yevgeniya Qutsulın 20 günlük həbs edilməsinin regiona təsirini şərh edərkən deyib.

O bildirib ki, Rusiya Qaqauziya məsələsini kökündən həll eləmək üçün Ukrayna ərazisindən Moldova sərhədinə çıxa biləcəyi bir xətt götürməyi planlaşdırırdı:

“Qaqauziya liderinin Moldovada həbs olunması Rusiya-Moldova münasibətlərinə ciddi təsir göstərəcək. İndiki mərhələdə Moldova Rusiyadan qopmağa, yaxud suverenlik məsələsini tamamilə həll eləməyə çalışır. Amma görünən odur ki, Rusiya oradan əlini çəkmək istəməyəcək, bu mövzuda dirəniş göstərəcək, bir qədər də məsələni qabardacaq. Rusiya faktoru çox önəmlidir. Düşünürəm ki, Rusiya Moldovada eynən Gürcüstan variantı kimi bir gediş edə, hansısa bir formada siyasi hakimiyyəti dəyişməklə bağlı addımlar ata, yaxud hansısa formada hərbi müdaxilə həyata keçirə bilər. Məlumdur ki, Rusiyanın orada böyük hərbi bazası var”.

Politoloq proseslərin hələ yeni başladığına diqqət çəkib:

“Qaqauziya liderinin həbsi onu deməyə əsas verir ki, Moldova bir çox məsələləri göz önünə alıb, riskləri hesablayıb və bu addımı atıb. Amma bu risklərin hansı nəticələr doğuracağı, Moldovanın özünün təhlükəsizliyi üçün nə dərəcədə uğurlu olacağını demək asan deyil. Bilirik ki, 1-ci və 2-ci Dünya müharibəsi Şərqi Avropada başlayıb. Bu, ən çox diqqət yetirilməli olan məsələdir. Görünən odur ki, yenə Şərqi Avropada proseslər baş verir və ciddi hadisələrin yaşanılması gözləniləndir. Ümumiyyətlə, Şərqi Avropanın qaynaması 3-cü Dünya müharibəsi ilə bağlı ehtimalları gücləndirə bilər”.

Tarix
2025.03.29 / 10:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla