Yuxarı

XİN başçılarının iştirakı ilə panel keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:31

IV Antalya Diplomatik Forumunun (ADF-2025) ikinci günündə əsas gündəm maddələrindən biri “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunun müzakirəsi olub.

Axar.az xəbər verir ki, bununla bağlı keçirilən panel iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Gürcüstan və Ermənistanın XİN başçıları Maka Boçorişvili ilə Ararat Mirzoyan iştirak ediblər.

Tədbirdə çıxış edən Ceyhun Bayramov İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistanın Cənubi Qafqazda tarixi bir hadisə olaraq normallaşma prosesinə başladığını vurğulayıb. O qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan Ermənistanla sülhün əldə olunması və sülh sazişinin imzalanması məsələsini gündəmə gətirib. 2022-ci ilin oktyabr ayında başlayan bu proses qarşılıqlı görüşlərlə davam edib. Ötən ay sülh sazişinin mətninin hazırlanma prosesi başa çatıb. Növbəti mərhələdə sənədin icrasına başlanılacaq və prosesin yekunlaşacağı gözlənilir.

Azərbaycanın xarici işlər naziri onu da qeyd edib ki, bu proseslə biz uzun illər fəaliyyəti dayandırılmış bir məsələnin yenidən işə salınmasına başlayırıq. Ermənistan da bu gerçəyi qəbul edir. Bununla bağlı Ermənistan konstitusiyasında lazımi dəyişikliklər ediləcək ki, bu dəyişikliklər torpaqlarla bağlı iddialar məsələsinin həllinə gətirib çıxaracaq:

“Artıq Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı başqa maneələrlə qarşılaşacağımızı düşünmürük. Azərbaycanla Ermənistan sülh baxımından çox uğurlu bir dövrü geridə qoyub”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tarixi düşüncələrə bağlı qalmağın doğru olmadığını vurğulayıb və xalqların gələcəyi naminə önümüzə baxmağın vacibliyini qeyd edib. O, məsələyə hər iki tərəfə fayda verəcək qurucu bir baxışla yanaşmağın düzgün olduğunu düşündüyünü bildirib:

“İndi biz fikrimizi bu günə və gələcəyə cəmləşdirməliyik. “Kim daha çox insan öldürdü” kimi keçmişə bağlı iddiaları davam etdirmək yalnız yeni mübahisələrə səbəb olacaq. Biz, ilk növbədə, bölgədə sülhü inşa etməliyik”.

Mirzoyan uzun danışıqlardan sonra sülh sazişinin mətni ilə bağlı ortaq fikrə gəldiklərini, artıq sənədin imzalanma tarixi və yerini müəyyən etməli olduqlarını bildirib. O, mətndə konstitusiyadakı suverenlik aktına istinad edilən maddə ilə bağlı dəyişiklik məsələsinin mövcudluğunu qeyd edərək, bunun konstitusiya məhkəməsinin qərarına bağlı olduğunu vurğulayıb.

“Teorik olaraq ziddiyyətin aradan qaldırılacağına inanıram. Bu, ölkələrimiz üçün bir başlanğıc nöqtəsidir. Əlbəttə, sülh prosesi ilə bağlı məsələlər davam edəcək. Biz bununla dünyaya bir mesaj vermək istəyirik: “Keçmişi qazımağın, ona bağlı qalmağın və buna vaxt sərf etməyin mənası yoxdur”. Xalqlarımızın ortaq gələcəyi və rifahı üçün çalışmalıyıq. Bunun üçün bütün lazımi imkanlar qarşımızdadır. Biz birlikdə gələcək mərhələyə keçməyə hazırıq və bu, özü ilə sülh içində əməkdaşlıq imkanlarını gətirəcək”, - deyə Mirzoyan əlavə edib.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili isə bildirib:

“Təbii ki, sülh içində yaşayan bir Cənubi Qafqaz hər birimizin öncəliyidir. Bölgəmizin çox ciddi bir potensiala sahib olduğunun da fərqindəyik. Bu potensialdan tam şəkildə istifadə etmək istəyiriksə, o zaman bölgəyə davamlı bir sülh gətirməliyik. Elə bu səbəbdən də biz hər şeydən əvvəl iki ölkə arasında sülhü böyük məmnuniyyətlə qarşılayırıq və Azərbaycan ilə Ermənistan arasındakı Sülh sazişinin çox böyük bir uğur olacağına inanırıq”.

Tarix
2025.04.12 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

Erməni əsgər sərhəddə postumuzu daşa basdı - Video

Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik

Azərbaycan gələn il bu tədbirlərə ev sahibliyi edəcək

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Türkiyə üçün ən böyük təhdid PKK yox, budur

Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla