Yuxarı

Vyetnamla münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıq Cənub-Şərqi Asiyaya qədər uzanır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika ilə inkişaf edir. Bu baxımdan mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri də böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər:

“Öz çıxışında cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Vyetnam arasında konstruktiv siyasi dialoq mövcuddur. Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat xüsusilə mühüm əhəmiyyət kədb edir. Bu sənəd Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırmış oldu. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaq”.

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin bəyanatında yer almış fikirlər Azərbaycan-Vyetnam əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir:

“Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Mayın 7-də imzalanmış sənədlərdə də bir çox istiqamətlər üzrə əməkdaşlıq təşviq olunur. Cənab Prezident öz bəyanatında vurğuladı ki, aparılan danışıqlar və əldə edilmiş razılaşmalar qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atıldığını deməyə əsas verir. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması isə onların əhəmiyyətini daha da artırır. Bəyanatda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin təqdirəlayiq olduğu vurğulandı. Qeyd olundu ki, Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi şəkildə dəstəkləmişdir. Eyni zamanda, ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində effektiv birgə fəaliyyət göstərir. Azərbaycan bu təsisata 4 il uğurla sədrlik etmişdir və bir çox mühüm nailiyyətlərə imza atmağa müvəffəq olmuşdur. Bu gün Qoşulmama Hərəkatının daha nüfuzlu təsisat kimi fəaliyyəti, şübhəsiz ki, həm Azərbaycanın, həm də Vyetnamın maraqlarına uyğun gəlir”.

Tarix
2025.05.10 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Makron Kiyevdə Ukraynanı ələ saldı…

Putin buna görə atəşkəsdən imtina edir: Bəs, öz ordusu?

Tofiq Yaqublu düz etdi, vəziyyəti o həddə çatdırmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla