Yuxarı

Sülh sazişinin bəzi bəndləri açıqlandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh sazişinin bəzi bəndləri açıqlandı

Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur. Biz qüvvədə olan konstitusiyanı təhlil etmişik. Azərbaycanın hansı məsələləri qaldırdığını bilirik. Amma bu, açıq-aşkardır və bizim Konstitusiya Məhkəməsi də bu barədə qərar verib ki, qüvvədə olan Ermənistan konstitusiyasına görə, ölkəmizin qonşularına qarşı heç bir ərazi iddiası yoxdu. Bu məqam hüquqi cəhətdən də təsdiq olunub.

Axar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində də bu məqam aydın şəkildə əksini tapıb:

“Orada deyilir ki, Ermənistan və Azərbaycan Almatı deklarasiyası əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu fakta əsaslanır ki, sovet respublikalarının inzibati sərhədləri bu gün dövlət sərhədlərinə çevrilib. Bu o deməkdir ki, bu gün Sovet Azərbaycanı müstəqil Azərbaycan, Sovet Ermənistanı isə müstəqil Ermənistandır. Bu, ilk vacib faktdır. Bundan başqa, sülh sazişindəki başqa bir maddədə də deyilir: Ermənistanın və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və onlar gələcəkdə də belə tələblərin qaldırılmaması ilə bağlı öhdəlik götürürlər”.

N.Paşinyan fatiki olaraq bu gün həm Ermənistan, həm də Azərbaycanda qaldırılan məsələlərin həmin sülh sazişinin mətnində həlini tapdığını vurğulayıb. O söyləyib ki, sülh sazişindəki başqa bir maddəyə görə, sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəf onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcək:

“Sülh razılaşması imzalanandan sonra Ermənistan öz qanunvericiliyinə əsasən, bu layihənin konstitusiyamıza uyğun olub-olmadığını müəyyən etmək üçün onu Konstitusiya Məhkəməsində göndərəcək. Məhkəmə sazişin konstitusiyaya tam uyğun olduğunu müəyyən edərsə, bu o deməkdir ki, sözügedən sənədin Ermənistan parlamentində ratifikasiyası üçün heç bir əngəl yoxdur. Saziş parlamentdə ratifikasiya olunandan sonra bizim konstitusiyanın başqa bir maddəsi qüvvəyə minəcək. Orada deyilir ki, ratifikasiya olunmuş beynəlxalq müqavilələr ali hüquqi qüvvəyə malidkir və yerli qanunlardan üstündür”.

Baş nazirin sözlərinə görə, Ermənsitanda da Azərbaycan Konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddialarının olduğu ilə bağlı narahatlıqlar dilə gətirilir. Onun fikrincə, hər iki ölkədə narahatlıqlara son qoymağın ən qsıa yolu sülh sazişini imzalamaqdır:

“Çünki müqavilə imzalanandan və hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra bu məsələ ən ali səviyyədə qanuniləşdiriləcək ki, Ermənistanın Azərbaycana və ümumiyyətlə heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur”.

Tarix
2025.05.16 / 01:36
Müəllif
Axar.az
Digər xəbərlər

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla