Yuxarı

Axar.Az Logo carnation

Hikmət Hacıyevdən Rusiya açıqlaması

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hikmət Hacıyevdən Rusiya açıqlaması

Rusiya bizim qonşumuzdur. Onunla mehriban qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibət qurmaq təkcə Azərbaycan üçün deyil, dünyanın hər bir ölkəsi üçün bir nömrəli prioritetdir. Eyni şey Ukraynaya da aiddir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibəsində deyib.

“Özünüz çox yaxşı bilirsiniz ki, Sovet İttifaqı dövründə ruslarla və ukraynalılarla eyni dam altında yaşayırdıq. Bizi hər iki ölkə ilə uzunmüddətli münasibətlər bağlayır. Biz münasibətləri Sovet İttifaqının dağılmasından sonra da davam etdiririk. Bir çox azərbaycanlı həm Rusiyada, həm də Ukraynada yaşayır. Çoxlu qarışıq evliliklərimiz var. Beləliklə, bu gün orada baş verənlər həqiqətən böyük faciədir. Televiziyada və ya internetdə orada davam edən münaqişədən faciəli mənzərələrr görəndə sözün əsl mənasında azərbaycanlıların ürəkləri parçalanır.

Eyni zamanda, mən daha bir şeyi vurğulamalıyam – siyasətimizin əsas təməl daşı ərazi bütövlüyünün tamamilə toxunulmaz prinsipidir. Ölkəmiz keçmişdə bu prinsipin pozulmasından çox əziyyət çəkib. Ona görə də biz başqa ölkələrin ərazi bütövlüyünün qorunmasını birmənalı dəstəkləyirik. Ancaq eyni zamanda, rusiyalılarla ukraynalılar arasında hərbi qarşıdurmaya hər hansı şəkildə müdaxilə etməkdən uzağıq.

Bu münaqişədə hər hansı bir hərbi komponentin tədarükündən təhlükəsiz məsafə saxlayırıq. Biz ancaq Ukraynada ilk növbədə, ən çox əziyyət çəkən uşaqlara humanitar yardım göstəririk. Həmçinin elektrik generatorları kimi bəzi zəruri avadanlıqlarla da təmin edirik. Heç bir şəkildə hərbi yardımda iştirak etmirik, bu cür hərəkətlərin heç birinin bir hissəsi deyilik. Həm də ona görə ki, biz bloklara qoşulmayan ölkələrə aidik”.

Tarix
2025.07.08 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla