Yuxarı

Azərbaycanda "Asan qatar" yaradılır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda "Asan qatar" yaradılır

Azərbaycanda ''Asan qatar" və Asan Kommunal Mərkəzinin yaradılması üzərində iş aparılır.

Xəzər xəbər məlumat verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, hər iki sistem eynilə “Asan xidmət” kimi vətəndaşların dövlət orqanlarına əlçatanlığını təmin edəcək.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, millət vəkilləri qatılıb.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, hər bir azərbaycanlı öz ölkəsinin inkişafı ilə qürur duymalıdır.

Maliyyə Bazarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı isə bilidirib ki, maliyyə bazarında sabitliyi təmin etmək və inkişafa nail olmaq üçün geniş layihələr icra edilir və strateji yol xəritəsi hazırlanıb.

Tədbirdə icbari tibbi sığorta haqqında da məlumat verilib və bildirilib ki, Yevlax və Mingəçevir rayonlarında keçiriləcək pilot layihənin uğurlu alınacağı təqdirdə bu layihə bütün Azərbaycanı əhatə edəcək.

Tarix
2016.12.24 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ Ermənistanda buranı Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla