Yuxarı

Stalindən Çörçillə ömürlük hədiyyə

Ana səhifə Digər Tarix
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stalindən Çörçillə ömürlük hədiyyə

Deyilənə görə, SSRİ lideri İosif Stalinlə Böyük Britaniyanın Baş naziri Uinston Çörçill bir-birilərini bəyənməyiblər.

Axar.az Nicbar.ru-ya istinadla xəbər verir ki, buna baxmayaraq, 1943-cü ildə onlar Tehranda bir araya gələrkən şəxsi münasibətləri qətiyyən hiss olunmur.

SSRİ səfirliyndə nahar zamanı Stalin Çörçillin hansı konyakdan istifadə etdiyi ilə maraqlanır:

- Əlbəttə, əsl Hennessi, - Çörcill cavab verir.

Stalin deyir ki, əlbəttə, ona “Hennessi” də təklif edə bilər:

- Ancaq gürcü konyakı “Eniseli” daha məsləhətlidir.

Çörçill bu durumdan olduqca təəccüblənir:

- Bu necə Gürcüstanın ola bilər ki, onun adı elə Fransada məkan adı ilə bağlıdır?

- Siz gürcü konyakından dadın, ümid edirəm ki, bəyənəcəksiniz, – Stalin təmkinlə deyir.

Çörçill razılaşır və həmin konyakdan bir qurtum aldıqdan sonra təəccüblənir:

- Heç vaxt bundan gözəlini içməmişəm.

Stalin gülür:

- Bəyəndiniz? Söz verirəm ki, ömrünüzün sonuna qədər “Eniseli” içmək imkanınız olacaq.

Stalin sözünü tutur.

Çörçill çox yaşayır (1965-ci ilə qədər, 91 yaş). Bəlkə də ona görə çox yaşayır ki, daimi olaraq SSRİ-dən göndərilən “Eniseli”dən hər gün içirdi...

Tarix
2016.12.19 / 09:23
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla