Yuxarı

Azərbaycanda Türkiyə vətəndaşı həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Türkiyə vətəndaşı həbs edildi

Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib.

Axar.az xəbər verir ki, Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ərtoğrul Akdəmir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb.

Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib.

Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər.

Ərtoğrul Akdəmir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar.

İş üzrə ümümi zərər 78 min manatdır.

Bu məbləğin bir qisminə təqsirləndirilən şəxs kriptovalyuta alıb. Qalan pulları isə tanışlarının nömrələrinə M10 vasitəsi ilə köçürərək, sonradan nağdlaşdırıb.

Ərtoğrul Akdəmir barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Ərtoğrul Akdəmir törətdiyi əməlləri etiraf edib. İş üzrə zərərçəkən şəxslər təqsirləndirilən şəxsə qarşı şikayətçi olaraq pullarını tələb ediblər.

İş üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Ərtoğrul Akdəmirin 7 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib:

“Təqsirləndirilən şəxsin ailəsi Vətən müharibəsi dövründə orduya dəstək məqsədilə ciddi işlər görüb. Bu barədə məhkəməyə sənədlər təqdim edəcəyəm”.

Məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

Tarix
2025.07.31 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla