Yuxarı

Regionlarda otellərin qiyməti niyə bahadır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Regionlarda otellərin qiyməti niyə bahadır? - Ekspert

Son günlərdə havaların isinməsi ilə regionlara kütləvi axın müşahidə olunur. İnsanlar istirahət üçün bölgələri seçsə də, imkanlar bu axını tam qarşılamağa hazır deyil. Hazırda otellərin əksəriyyətində yerlər tam doludur və bu, qiymətlərə də təsir göstərib.

Bu sözləri Axar.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Ekspert bildirib ki, bölgələrdə tələb və təklif balansı pozulub, yəni vətəndaşların sayı mövcud imkanları üstələyir:

“İnsanlar ödədikləri məbləğin qarşılığında keyfiyyətli xidmət, təmiz otaq, açıq və qapalı hovuz, sağlamlıq zonaları kimi imkanlar gözləyirlər. Amma bu cür şəraiti olan otellərin sayı məhduddur. Ona görə də belə otellərdə yer tapmaq çətin, bəzən isə mümkünsüz olur”.

Onun sözlərinə görə, hazırda bölgələrdə orta qiymətlər də artmaqdadır:

“Üç və dörd ulduzlu otellərdə iki nəfərlik otaqların gündəlik qiyməti 100–120 manat arasında dəyişir. Beş ulduzlu otellərdə isə bu məbləğ 180, 200, hətta 250 manata qədər yüksəlir”.

Ekspert qeyd edib ki, bəzi hallarda əlavə yataq üçün gündəlik 30 manat tələb olunduğuna görə ümumi xərc də artır.

Tarix
2025.08.08 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla