Yuxarı

Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi

İş adamı Samvel Karapetyanın tərəfdarları Ermənistan hökumətini Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına görə sərt tənqid edirlər. Sonuncular sülh prosesinə də etirazlarını bildirirlər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Haykakan Jamanak” yazıb.

Nəşr bildirib ki, Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış etdiyinə görə bir neçə aydır həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanın qohumları və onun ideyalarını yayan fəallar bu dəfə Azərbaycandan Ermənistana benzin tədarükü ətrafında spekulyasiyaya əl atırlar:

“Bu “tənqidlər” fonunda media və sosial platformalarda Samvel Karapetyanın 2016-cı ildə Moskvada “Safisa” ziyafət zalında oğlu Sərkis Karapetyanın dəbdəbəli toyunu təşkil etməsinin səbəbi ilə bağlı suallar yaranır. Məlumata görə, o dövrdə “Safisa” məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub. Həmin məlumata əsasən, toyun ümumi büdcəsi təxminən 2 milyon dollar olub. Sərkis və gürcü gəlininin toyunda Alla Puqaçova, Qriqori Leps, Filipp Kirkorov, Valeri Meladze, Nikolay Baskov, Dima Bilan, Timati, eləcə də Serj Sərkisyan da daxil olmaqla, 500 qonaq iştirak edib.

Yəni Samvel Karapetyan və onun fikirlərini bölüşənlərin düşüncəsinə görə, azərbaycanlıya məxsus restoranda 2 milyon dollara toy təşkil etmək olar, amma dövlətlərarası münasibətləri normallaşdırmaq üçün Azərbaycandan benzin ala bilməzsən”.

Tarix
2025.12.24 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla