Yuxarı

Ceyhunu Əhməd öldürməyib? - Yeni təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhunu Əhməd öldürməyib? - Yeni təfərrüat

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, hadisə zamanı qətlə yetirilən Ceyhun Mirağayevi bıçaqlayanlardan birinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə olduğu iddia edilsə də, Xitab24.az bunu təkzib edib.

Nəşr yazıb ki, Ceyhunla Əhməd dost olublar. Ceyhunun ölümünə səbəb olan bıçaq zərbələrini isə deputatın oğlu yox, Şəmkirdən olan Emin adlı şəxs və onun tanışı endirib.

Məlumata görə, tərəflərin mübahisəsi Ceyhunun oğluna qarşı edilən hərəkətə görə qarşı tərəfdən birinə şillə vurması olub. Nəticədə tərəflər mübahisəyə sözügedən kafedə aydınlıq gətirməyə toplaşıblar. Arzuxan Əlizadənin oğlu da dostu Ceyhunla birlikdə məsələni aydınlaşdırmaq üçün həmin məkanda olublar. Mübahisənin sonu isə qanla başa çatıb.

Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.

Qeyd edək ki, Əhməd Əlizadə daha öncə məhkumluq həyatı yaşayıb.

Tarix
2026.10.24 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla