Yuxarı

Dostunun 6 min manatını mənimsədi, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dostunun 6 min manatını mənimsədi, həbs olundu

Bakı sakini dostunu işə düzəltmək adı ilə aldadıb ona qarşı dələduzluq edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Valeh Məmmədov (soyadı şərtidir) xalası oğlu Coşqunun əsgər yoldaşı Ağasəlim Ağayevlə (soyadı şərtidir) dostlaşaraq onu mühafizə işinə düzəltməyi söz verib. Bundan sonra Valeh tez-tez Ağasəlimlə görüşüb, iş barəsində danışıqlar aparıb.

Bir neçə gün sonra isə Valeh Ağasəlimə zəng vuraraq ondan işə düzəlmək üçün 6 min manat rüşvət tələb edib. Ağasəlim də işin düzəldiyini zənn edib Valehə 6 min manat göndərib. Bir müddət sonra dostunu inandırmaq istəyən Valeh ona zəng vuraraq işin düzəldiyini bildirib. O, Ağasəlimdən təcili Bakıya gəlməyi istəyib. Bildirib ki, guya o, Bakıda imtahandan keçməlidir.

Dostuna inanan Ağasəlim Bakıya gələrək mənzil kirayələyib və Valehdən işlə bağlı cavab gözləyib. Amma aylarla gözləsə də, Valehdən cavab çıxmayıb.

Bundan sonra Ağasəlim məsələ ilə bağlı polisə müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Valeh Məmmədov 3 il azadlıqdan məhrum edilib.

Tarix
2025.08.12 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla