Yuxarı

Ərdoğan Bəxtiyar Paşaya yeni vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Bəxtiyar Paşaya yeni vəzifə verdi

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifə verilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Bu, Türkiyənin əsas ordu birləşməsi sayılır və qərargahı İstanbul şəhərində yerləşir.

Xatırladaq ki, avqustun 5-də B.Ərsaya ordu generalı rütbəsi verilib.

Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Tarix
2025.08.14 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla