Yuxarı

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Donald Trampa təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə səhifəsində yazıb.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə mehribanlıqla hədiyyə etdiyi tarixi fotoşəkillərə, eləcə də yazdığı səmimi sözlərə görə dərin minnətdarlığımı bildirirəm.

Prezident Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında və qlobal miqyasda sülh gündəliyinin irəliləməsinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirirəm. Bu səylərinə görə ona bir daha səmimi təşəkkürümü bildirmək istəyirəm", - deyə İlham Əliyev qeyd edib.

Qeyd edək ki, Trampın Prezident İlham Əliyevə göndərdiyi fotoların üzərində belə yazılıb:

"Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").

Tarix
2025.08.25 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla