Yuxarı

Əliyev mövqeyini bildirdi, Rusiyadan cavab...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev mövqeyini bildirdi, Rusiyadan cavab...

Prezident İlham Əliyev çox açıq və sistemli şəkildə bu münasibətlərə aid Azərbaycanın rəsmi mövqeyini bildirib.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini şərh edərkən deyib.

“Prezidentin “Əl-Ərəbiyyə” kanalına müsahibəsi bir növ Rusiya rəhbərliyinə bir mesajdır. Münasibətlərdə böhranın nədən ibarət olması və məsuliyyətin kimin üzərində olması kimi məsələlərdə də Azərbaycan mövqeyini açıq şəkildə əks etdirir. İndi isə bu proseslərin məntiqi davamı ondan ibarətdir ki, Rusiyanın bu məsələlərə mövqeyi açıqlansın.

Biz bəzi absurd və ünvansız təbliğat tipli açıqlamalarda dövlətimizin və xalqımızın təhqir olunduğunu görürük. Düşünürəm ki, artıq bu tip fəaliyyətə son qoyulmalıdır.

Rusiya tərəfi isə Prezidentimizin verdiyi açıqlamalarla bağlı aydınlıq gətirməlidir. Bundan sonra biz də başa düşə bilərik ki, Rusiyanın mövqeyi hansı yöndədir. Ondan sonra digər addımlar atıla bilər. Ya böhran və soyuqluq davam edəcək, ya da Çində baş tutması planlaşdırılan tədbirdə bəlkə də hansısa görüş üçün əsaslar yaradıla bilər.

Burada məsuliyyət artıq Rusiyanın üzərindədir. Ancaq bu məsuliyyəti qəbul etmək və məsuliyyətdən irəli gələn addımların atılması hazırki məsələlərdən biridir. İndi isə biz təbliğatçı səviyyədə yox, rəsmi formada cavab gözləyirik. Yaxşı olar ki, biz Rusiyanın mövqeyini Çində baş tutacaq tədbirdən öncə eşidək və sonrakı addımları buna uyğun hesablayaq”, - politoloq bildirib.

Tarix
2025.08.29 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla